Fakt

Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar – ŞOK

Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar - ŞOK“Özümü alçaldılmış hesab edirəm”.

Bakının mərkəzində – Tolstoy küçəsində yerləşən “Refresh” adlı “Pub-Kafe”yə azərbaycanlılar buraxılmır.

Savash.org xəbər verir ki, bu barədə Arqument.Az-a jurnalist Pərviz Əzimov məlumat verib.

O bildirib:

“Şəhərdə “Refresh” adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlılara bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyeni qorumaq istəyirlər. Ancaq umumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda 1 pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.

İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var ve çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button