Fakt

Türkiyədə ərə gedən azərbaycanlı qadının dramı

Türkiyədə ərə gedən azərbaycanlı qadının dramı

Azərbaycanlı qadın Türkiyədə iki uşağı ilə acınacaqlı vəziyyətdə yaşayır.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyənin Kayseri şəhərində yaşayan Validə Həsənova iki uşağı ilə çarəsiz vəziyyətdə qalıb. Evləri qəzalı vəziyyətdə olan azərbaycanlı qadın imkanlı şəxslərdən və aidiyyəti qurumlardan kömək gözləyir.

34 yaşlı Validə Həsənova 2010-cu ildə Türkiyənin Kayseri şəhərinə turist kimi gedibmiş. Orada 35 yaşlı Zəki Əjdərlə tanış olub və bir müddət onunla birgə yaşayıb. Onlar daha sonra ailə həyatı qurublar. Onların hazırda Zeynəl Emin adlı 3 yaşlı oğlu və Zeynəb adlı 2 yaşlı qızı var.

V.Həsənovun əri hazırda yataq xəstəsidir. Onlar ərinin valideynlərindən miras qalan uçuq daxmada yaşayırlar. Yağan qar və yağış evi qəzalı vəziyyətə salıb. Hazırda evin uçma təhlükəsi var.

Ölkə prezidentindən, baş nazirdən, dövlət qurumlarından və imkanlı şəxslərdən kömək gözləyən Validə Həsənova evdə qorxu içində yaşamaqlarını və düşdükləri vəziyyəti belə izah edib: “Yağış yağanda su evə dolur. Soyuqdan uşaqlar yata bilmir. Uşağımın ayağını siçovul dişləyib. Çıxılmaz vəziyyətdə qalmışıq. Mən Azərbaycan vətəndaşı olaraq bu yaşayışımdan utanıram. Bizə kömək edin. Bizi bu ağır həyatdan qurtarın. Yemək bişirməyə mətbəximiz yoxdur. Yalvarıram sizə, səsimizə səs verin”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button