Fakt

Siqaret 2 saatlıq ucuzlaşdı və yenidən bahalaşdı…

Siqaret 2 saatlıq ucuzlaşdı və yenidən bahalaşdı...Tütün məhsullarının qiyməti yalnız dünən bir neçə saat ərzində endirilib.

Mağaza sahiblərinin və köşklərdəki satıcıların verdiyi məlumata görə, dünən siqaret firmaları siqaret gətirməyiblər. Bu gün səhər ticarət nöqtələrinə siqaret gətirən firma nümayəndələri isə məhsulları yenə fərqli qiymətə paylayıblar.

Beləliklə, tütün məhsullarının qiyməti yenə qalxıb. Bəzi siqaretlərin qiyməti 40 qəpik, bəzilərininki isə 50 və 70 qəpik arasında artıb.

Mağaza sahibləri və köşkdəki satıcılar bunun ilkin artış oluğunu bildirib və bundan sonra qiymətlərin daha da artacağını bildiriblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button