Fakt
Dövlət Dəmir Yolunun mühafizəçisi həbs olundu
Bakıda ekspress qatarında oğurluq edilib.
Savash.org-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, martın 1-də Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov saxlanılıb.