Fakt

Vilyam Hacıyevin oğlu nazir övladları ilə rəqabətə girib

Vilyam Hacıyevin oğlu nazir övladları ilə rəqabətə giribİmişlinin icra başçısının övladı Məhəmməd Hacıyev də iki dildə jurnal nəşrinə başlayıb

Artıq bir neçə ildir məmur övladları Azərbaycanda və xaricdə jurnal nəşri ilə məşğul olurlar. Bu sırada ən çox adları çəkilənlər isə FHN şefi Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov və nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Jam.az xəbər verir ki, adları çəkilən nazir övladları bir müddətdir Azərbaycan və ingilis dillərində jurnallar nəşr etdirərək, bununla həm özlərini təbliğ etməyə nail olublar, həm də bəzi dairələrin yanında nə qədər geniş imkanlara sahib olduqlarını nümayiş etdirirlər.
Amma görünən odur ki, bu sıraya təkcə nazir övladları yox, həmçinin icra başçılarının uşaqları da daxil olmaq istəyirlər. Məsələn, İmişlinin icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də artıq jurnal nəşrinə start verib. Jam.az xəbər verir ki, «İmishli Land» adlı jurnalına rəhbərlik edərək, onun ikinci sayını dərc etdirib.

Jurnalda İmişli ilə bağlı məlumatlar yer alıb və iki dildə-Azərbaycan və İngilis dillərində xəbərlər yayımlanır. Təbii ki, Məhəmməd Hacıyevin jurnal nəşr etdirməsi qeyri-adi bir hadisə deyil və bunu hər kəs edə bilər. Ortada bir qanunsuzluq da yoxdur. Sadəcə, maraqlı olan odur ki, nəfis tərtibatda və xeyli baha başa gələn jurnal üçün bu qədər pul icra başçısının oğlunda haradandır? Onun biznesmen olduğunu deyəcəkləri təqdirdə, bu sualın qüvvədən düşəcəyi də istisna deyil. Amma başqa bir maraqlı sual meydana çıxır: Vilyam Hacıyevin oğlu nazir övladları ilə rəqabət aparır? Və ya onlar kimi özünü təqdim etmək istəyir?
Hər halda bu özü maraqlı yanaşmadır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button