Fakt

Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA

BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.

Savash.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq: “Hazırda məlum qiymətləndirmə missiyasının parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərərçəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların fəallaşması faydalıdır”. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button