Fakt
“Şakro Molodoy” “Lotu Quli”yə müharibə elan etdi
Hazırda Bakıdakı 8 saylı kolonda cəza çəkən və daha çox “Lotu Quli” kimi tanınan azərbaycanlı “vor zakon” Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifov dünən oğru titulundan məhrum edilib.
38 yaşlı Namiq Səlifovla bağlı bu qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı isə nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. Həmin “sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” bu tituldan məhrum edilib.
Onların arasında “Lotu Quli”nini ad verdiyi digər adamlar – 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Cehyun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) də var.
Virtualaz.org