Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdı
Boris Nemtsovun qətlində iştirak etməkdə şübhəli bilinən şəxs bu gün – martın 8-də özünü Qroznıda əl qumbarası ilə partladıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayətkar yerli polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxsin əlində iki qumbara olub. Əvvəlcə onların birini polislərə tərəf atıb. İkinci ilə isə özünü partladıb.
“Çeçenistanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar Qroznının Lev Yaşin küçəsindəki çoxmərtəbəli binada gizlənibmiş. Polis həmin ərazini mühasirəyə alıb və ondan təslim olmağı tələb edib. O isə əvvəlcə polislərə tərəf əl qumbarası atıb. Sonra isə ikinci partlayış olub və həmin şəxs aldığı qəlpə yaralarından yerindəcə keçinib. Polisdən və mülki şəxslərdən heç kim xəarət almayıb” – deyə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.