Fakt

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

Savash.org xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button