İran bayraq qalmaqalına görə Azərbaycandan üzr istədi – VİDEO
İran Güləş Federasiyası Tehranda keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimi zamanı Azərbaycan bayrağında 5 guşəli ulduzun təsvir olunması ilə əlaqədar üzr istəyib.
Sportnet.az-a xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlama verib.
N.Əliyev bildirib ki, İran tərəfi məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərib: \”Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik\”.
Qeyd edək ki, Dünya Kubokunu Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası qazanıb. Bu münasibətlə himn səsləndirilərkən, Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib.