Fakt

Körpüyə çıxıb icra başçısından 65 min manatını istəyən şəxs tutuldu

Körpüyə çıxıb icra başçısından 65 min manatını istəyən şəxs tutulduBir müddət əvvəl Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov saxlanılıb.

F.Nəsibov dekabrın 2-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, F.Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.

Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F.Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

F.Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib (APA).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button