Fakt

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb – Yerevan açıqladı

Ermənistanda 1991-ci ildən bəri Qarabağda məhv edilən erməni hərbçilərin sayı açıqlanıb.

Savash.org xəbər verir ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın zamanında (1991-1998) Ermənistan Qarabağ döyüşlərində təxminən 7 min hərbi qulluqçu itirib.

Bundan başqa, Robert Koçaryan vaxtında (1998-2008) 92, Serj Sarkisyan dönəmində isə (2008-2018) 228 erməni hərbçi Qarabağ istiqamətində məhv edilib.

Baş nazir Nikol Paşinyanın (2018-) hökumət rəhbəri olduğu dövrdə isə Ermənistan mediasının tərəfinin təxmini məlumatlarına görə, 5 min hərbi qulluqçu bu regionda ölüb.

Modern.az yazır ki, beləliklə, tam olmayan məlumatlara görə, Qarabağda 1991-ci ildən bu günə qədər 12 320 hərbçi ölüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button