Fakt

Ailəli xidmət rəisi qız qaçırtdı, işdən qovuldu

Ailəli xidmət rəisi qız qaçırtdı, işdən qovulduRiyad Təhlükəsizlik Xidmətinin şimal bölgəsi üzrə rəisi Elman Səttar oğlu İbrahimov özündən xeyli cavan olan qız qaçırıb. Bununla bağlı axar.az-a Quba rayonundan daxil olan məlumata görə, xidmət rəisinin qaçırdığı Aynur Seyfiyeva E.İbrahimovun Amsarqışlaq kəndində qonşusudur, həmçinin, ilk nikahından olan qızının sinif yoldaşıdır.
Qaçırdığı qızın anasının E.İbrahimovun özəl dükanında satıcı işlədiyi də qeyd edilir.Onun qızı yaşında bir xanımı evlənmək məqsədilə qaçırması narazılıqla qarşılanıb. İlk təpki isə işlədiyi şirkətdən gəlib. Belə ki, E.İbrahimov Riyad Təhlükəsizlik Xidmətindəki vəzifəsindən dərhal azad edilib. Elman İbrahimovun əvvəlki nikahından iki övladının olduğu bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button