Fakt

Bakıda yaşayış binası yandı

Bakıda yaşayış binası yandıBu səhər Bakı ətrafılnda yerləşən Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib. Xəbərə görə, yanğın binanın 6-cı mərtəbəsində yerləşən mənzillərin birində baş verib.

Ümumi sahəsi 52 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın 20 kvadratmetr sahəni əhatə edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button