Fakt

Azərbaycanda cinsini dəyişdirənlər (VİDEO)

Azərbaycanda cinsini dəyişdirənlər (VİDEO)
Vaxt vardı, onlara Bakının Tbilisi prospektində rast gəlinirdi. Gecə düşən kimi onların da iş saatları başlayırdı. Amma zaman keçdi və onlar küçələrdən sosial şəbəkələrə axın etdilər. Bu gün facebook, odnoklassnik, instagram kimi şəbəkələrdə transseksuallar at oynadır.

YouTube portalı onlar üçün piar məkanına çevrilib. Videolarına 10 minlərlə baxış sayı yığan bu qadınlaşmış şəxslər bu gün rahat şəkildə sosial şəbəkələr vasitəsilə düz gözümüzün qabağında yurd-yuva salıblar.

Onlardan bəziləri cinslərini dəyişdiriblər. Cins dəyişdirmə əməliyyatları isə Azərbaycanda bəzi özəl klinikalarda gizli bir şəkildə aparılır. Amma xaricdən dəvət olunan cərrahlar vasitəsilə. Mütəxəssislər deyir ki, kişilərin özlərini qadına çevirməsi əməliyyatlarına daha çox rast gəlinir.

Qeyri-rəsmi rəqəmlərə görə, 2008-ci ildən bu yana 20-dən çox adam kişidən qadına çevrilib.

Şəbəkəçi gənclər bu haqda nələr yazdılar baxaq.

Esnadın şərhi: “İnsanlığı, insanları məhv etməyin yeni yolu. Deyəsən insanlar cəhənnəmi bu dünyada yaşayacaq, axirəti gözləyə bilmirlər”.

Bəxtiyar Nəhmətli: “Xaricilər hər şeyimizə müdaxilə etməyə öyrəşiblər”.

Musa Dadaşov: “Aralıq mövqe tutmaqdansa, konkret bir cinsə məxsus olmaqları daha məqsədə uyğundur”.

Sərvər Adulla: “Əsas problem onlara tamah salanlardadı. Tələbat olmasa, artım olmaz”.

Xəyalə Tağızadə: “Burada ağlınıza gələni demiyin. Bəzi insanlar normal gəlmir dünyaya. Nə normal qız olur, nə də normal kişi. Allah köməkləri olsun”.

Elçin Əliyev: “Avropa səni qal zəhərə, kişi də gedərmi kişiyə ərə”.

Virtual aləmin istifadəçisi olan valideynlər, nəzərə alın ki, bu cür insanların artıq yeni ünvanı nə küçələr, nə də əyləncə məkanlarıdı. Onlar gücü sosial şəbəkələrə veriblər. Övladlarınıza nəzarəti əldən verməyin.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button