Fakt

Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkəsinə yola salındı

Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkələrinə yola salınıb.

Savash.org xəbər verir ki, bu barədə Dağıstanın Milli Siyasət və Dini İşlər naziri vəzifəsini icra edən Enrik Müslümov bildirib.

“Bu gün Azərbaycanın Dağıstanla dövlət sərhədindən 272 Rusiya vətəndaşını qəbul etdik. Onlar iki həftə boyunca təcrid olunacaq”, nazir bildirib.

O deyib ki, gələnlər arasında Dağıstan sakinləri var və onlar  evlərinə göndərilib. Bu şəxslər yaşadıqları yerdə özlərini izolyasiya edəcək.

Qeyd edək ki, Azərbaycan hər iki ölkədə koronavirusa yoluxanların sayının artması səbəbindən 2021-ci il martın 1-dək Rusiya ilə quru sərhədini bağlayıb.  /APA

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button