Fakt

Köpəkbalığı turisti yedi

Köpəkbalığı turisti yediMisirdə Qırmızı Dəniz kurortu yaxınlığında nadir köpəkbalığı hücumu nəticəsində alman turist ölüb.

Köpəkbalığı 52 yaşlı kişinin ayağını dizindən dişləyib. Hücum bazar günü, əl-Qusair şəhərinin yaxınlığında baş verib. Son beş il ərzində ilk dəfədir ki, belə bir hadisə baş verir.

Köpəkbalığının növü barədə məlumat təsdiqlənməyib. 2010-cu ildə baş verən silsilə hücumlar nəticəsində məşhur Şarm əş-Şeyx kurortunun bir hissəsi bir həftəlik bağlanılmışdı.

Qahirədəki Almaniya səfirliyi deyib ki, ölüm barədə xəbərdardır lakin əlavə şərh vermək iqtidarında deyil.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button