Fakt

Bərdədən Bakıya qızını öldürməyə gəldi: namus üstündə

Bərdədən Bakıya qızını öldürməyə gəldi: namus üstündəDünən axşam saatlarında Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Bərdə rayon Mustafaağalı kənd sakini Qurbanov Cəlal Qədir oğlu öz qızını qətlə yetirib.

Cəlal Qurbanov bir neçə gün əvvəl Bərdədən Bakıya gələn qızı Zərintac Qurbanovanı Sabunçu rayonu ərazisində qətlə yetirib. Zərintac Qurbanova aldığı bıçaq zərbələrindən sonra qanitirmədən hadisə yerindəcə keçinib. Cəlal Qurbanov cinayəti törətdikdən sonra cinayət aləti olan bıçağı götürərək Sabunçu Xətt Polis Şöbəsinə gedib və təslim olub.

O, cinayəti törətməsinin səbəbi kimi qızının son zamanlar tüfeyli həyat sürməsini göstərib.

Əldə etdiyimiz məlumata görə, 1985-ci il təvəllüdlü Zərintac Qurbanova Sabunçu rayonu ərazisindəki kafelərin birində işləyirmiş. Sabunçu Xətt Polis Şöbəsindən virtualaz.org-a faktı təsdiqləyiblər.

Hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ölən qadının bir azyaşlı övladı olub. Onun bir müddət əvvəl ərindən boşandığı bildirilir.

İlkin Muradov
Virtualaz.org