Fakt

Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyişməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Savash.org xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button