Fakt

Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin şöbə rəisindən qazi anasına biabırçı məktub – Fotofakt

Müdafiə Nazirliyinin Tibb Baş idarəsi qazi anasının müraciətinə cavab olaraq məktub göndərib.

Savash.org xəbər verir ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən göndərilən cavab məktubunda qazinin adını məktubun giriş hissəsində Şahin Quliyev, məktubun mətn hissəsində isə Azər Əliyev kimi göstərib.

Yayımlanan bu məktub sosial mediada sərt tənqid və qınaqlarla qarşılanıb. Bildirilib ki, nazirlik eyni anda bir məktubu bir neçə qazi ailəsinə göndərdiyi üçün məktubda bu cür xoşagəlməz hal yaşanıb.
Correct.az məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müvafiq sorğu göndərib, cavab verildiyi təqdirdə dərc etməyə hazırıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button