Fakt

Türkiyəyə terror şoku yaşadan qadın öldürüldü – FOTO

Türkiyəyə terror şoku yaşadan qadın öldürüldü - FOTOİstanbulda Polis İdarəsinə hücum edən silahlılardan biri qadın olub.

1 polisin yaralandığı atışma zamanı silahlılardan biri də yaralı halda tutulub.

Polisdən verilən məlumatda deyilir ki, silahlılar Polis İdarəsinə avtomobildən atəş açmağa başlayıb. Onlar avtomatdan polislərə atəş açıb. 15 dəqiqə çəkən atışmadan sonra terrorçular zərərsizləşdirilsə də, Polis İdarəsinin yerləşdiyi Vətən Prospektində tıxac yaranıb.

Öldürülən qadın terrorçunun üzərində bomba olub. Yaralı terrorçu hadisə yerində qaçmaq istəsə də polisin helikopterlə başladığı əməliyyat sonunda yaxalanıb.

Terrorçuların PKK-ya bağlı solçu qrup üzvü olduğu bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button