Fakt

Ramin Bayramlıya peyvəndin ikinci dozası vuruldu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya koronavirusa qarşı vaksinin ikinci dozası vurulub. 

Savash.org-un məlumatına görə, peyvənd vurulduqdan sonra R.Bayramlının səhhətində heç bir dəyişiklik müşahidə edilməyib. O, özünü yaxşı hiss edir.

Qeyd edək ki, R.Bayramlının vaksinasiya prosesi Bakı Sağlamlıq Mərkəzində aparılıb. 

Məlumatı Oxu.Az-a TƏBİB-dən təsdiq ediblər.

Qeyd edək ki, ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə də koronavirusa qarşı vaksinin ikinci dozası vurulub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button