Fakt

Azərbaycanda vəhhabilərə peyntbol qadağası qoyuldu

Azərbaycanda vəhhabilərə peyntbol qadağası qoyulduVəhhabi təriqətindən olan şəxslərin Bakıda və digər şəhərlərdə fəaliyyət göstərən peyntbol atıcılıq mərkəzlərinə girməsinə icazə verilmir.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub.
Xəbərdə bildirilir ki, bu barədə peyntbol mərkəzlərinə qeyri-rəsmi qaydada xüsusi tapşırıqlar verilib. Bu yasağa görə də hazırda ölkədəki peyntbol mərkəzləri vəhhabiləri müştəri olaraq qəbul etmir.
Əldə etdiyimiz məlumata görə, bu qadağa bir neçə gün əvvəl mətbuatda İŞİD-ə qoşulmaq istəyən vəhhabilərin guya \”Baku Paintball Center”də təlimlər keçməsi haqda xəbərlər yayılandan sonra qoyulub.
Qeyd edək ki, musavat.com saytının vəhhabilərin peyntbol mərkəzlərində təlimlər keçməsi ilə bağlı yaydığı xəbər Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən təkzib edilmişdi.
Buna baxmayaraq məlumata görə, həmin məlumatın yayılmasından sonra hüquq-mühafizə orqanları profilaktik tədbirlər həyata keçirməyə başlayıb və peyntbol mərkəzlərinə baxış keçiriblər. Peyntbol mərkəzlərinin sahiblərinə xüsusi tapşırıq verilib ki, vəhhabilər bu atıcılıq mərkəzlərinə qətiyyən buraxılmasın.
Bu məlumatı virtualaz.org saytına açıqlamalarında peyntbol mərkəzlərinə gedən şəxslər də təsdiq edib. Onların sözlərinə görə, peyntbol mərkəzlərində müştərilərin xarici görünüşünə xüsusi fikir verilir, bəzən müştərilərdən vəhhabi olub-olmadıqları belə soruşulur.
Belə bir qadağanın qoyulmasını Bakıda və Sumqayıtda fəaliyyət göstərən peyntbol atıcılıq mərkəzlərindən də təsdiqlədilər. Adlarının çəkilməsini istəməyən əməkdaşlar virtualaz.org saytına açıqlamalarında bu xəbərdarlığı noyabrın 13-dən aldıqlarını deyiblər.
Onlar da təsdiq edirlər ki, vəhhabilərin peyntbol mərkəzlərinə buraxılmaması barədə hüquq-mühafizə orqanlarından xəbərdarlıqları \”Baku Paintball Center”də guya İŞİD-çilərin təlim keçdiyinə dair iddiaların yayılmasından sonra alıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists