Fakt

Daha bir erməni nazir Qarabağa qanunsuz səfər etdi – FOTOLAR

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Bu barədə Ermənistan FHN-in mətbuat xidməti məlumat yayıb. Piloyan Xankəndidə separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb, bu cür qarşılıqlı səfərlərin daha tez-tez təşkil edilməli olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan, hərbi prokuror, baş prokurorun müavini Vahe Arutyunyan və baş prokuror Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər etmiş, burada separatçı rejim qalıqlarının başçısı ilə görüş keçirmişdi.(hit.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button