Fakt

Polis Bakıdakı pubda Andranikin şəkli olan loqonu sökdü

Polis Bakıdakı pubda Andranikin şəkli olan loqonu sökdüBakıda Andranikin şəkli olan barda polis araşdırma aparır.

Məsələ ilə əlaqədar post-patrul xidmətinin əməkdaşları əraziyə gəlib və barın loqosu sökülüb.

Modern.az-ın məlumatına görə, “Stara Praqa” adlı pubu işlədən şəxs bildirib ki, hələ iki il əvvəl bu obyekti alarkən həmin fotoşəkil orda olub və onun altında “Pyotr Nikodimoviç Montin” yazılıb.

Xatırladaq ki, Bakı şəhəri, A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən \”Montinburg\” adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.

Fotolar \”Facebook\” sosial şəbəkəsində, QHT xəbər saytının baş redaktoru, tanınmış aktivist Sənan Nəcəfov tərəfindən paylaşılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button