Fakt
\”QAİ\” maşını saxladı, narkotik tapıldı, 2 sərnişin düşüb qaçdı…
2 sərnişin avtomobildən düşərək qaçıb.
Yol polisinin saxladığı avtomobildən narkotik vasitə tapılıb.
Savash.org-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi \”Nissan\” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün BDYPİ YPXA-nın İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb.
Bu zaman avtomobildəki 2 sərnişin avtomobildən düşərək qaçıb.
Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb.
E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı RPŞ-yə təhvil verilib.
Loading...