Fakt

Azərbaycanda buğda istehsalı azalıb: Çörəyimiz yenə qıraqdan gələcək – STATİSTİKA

2020-ci ildə əkin sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi ölkəmizdə buğda istehsalının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. 

Rəsmi məlumatlara görə, ötən il 588,4 min hektar sahədə buğda əkilib. 2019-cu ildə 670 min hektar sahədə buğda əkilmişdi. Əkin sahəsi 2019-cu illə müqayisədə 12,2 faiz azalıb. 

Əkin sahəsi ilə bərabər məhsuldarlıq da müəyyən qədər aşağı düşüb. 2020-ci ildə orta məhsuldarlıq 31,7 sentner olub ki, bu da əvvəlki illə müqayisədə 0,7 sentner azalma deməkdir. 

Ötən il hər iki amilin təsiri ilə buğda istehsalı 2,171 milyon tondan 1,867 milyon tona enib. İl ərzində azalma 14 faiz və ya 304 min ton təşkil edib.
Azərbaycanda ən çox buğda Cəlilabad rayonunda istehsal olunub. Bu rayonda 154,8 min ton buğda istehsal edilib. Şəkidə 121,2 min ton, Füzuli rayonunda 92,4 min ton buğda istehsalına nail olunub. 

Buğda istehsalında ən yüksək məhsuldarlıq isə Sabirabad və Saatlı rayonlarında qeydə alınıb. Məhsuldarlıq Sabirabadda 43,7 sentner, Saatlıda 43,1 sentner təşkil edib. 

Yerli istehsal daxili tələbi ödəmədiyinə görə 1,365 milyon ton buğda idxal olunub. Bu məqəsədlə 296,9 milyon dollar xərclənib. Azərbaycan idxal etdiyi buğdanın 98,9 faizini Rusiyadan, 1,1 faizini Qazaxıstandan alıb.

Vasif
 Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button