Fakt

Mənsimovla Ərdoğan ailəsi arasında daha bir sövdələşmə

Mənsimovla Ərdoğan ailəsi arasında daha bir sövdələşməTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, qardaşı və yeznəsinin ortaq şirkəti “BMZ Group Denizçilik LTD” azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovdan daha bir gəmi alıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 140 metr uzunluğunda, 17 metr enində olan yeni neft tankerinin inşası tamamlanmaq üzrədir və gəmi Ərdoğanlar ailə şirkətinə 18 milyon dollara başa gəlib.

Gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.

Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.

Bu, “Türkter Tersanesi”ində “BMZ Group”un sifarişi və “Palmali”nin krediti hesabına inşa edilən, Ərdoğanların ailə donanmasına qatılan dördüncü tankerdir. Bundan əvvəl Türkiyə mətbuatı Mənsimovla Ərdoğanlar arasında dolaşıq biznes sövdələşməsi haqda yazaraq bildirmişdi ki, “BMZ Group” “Palmali”nin krediti hesabına inşa edilən tankerləri alır, daha sonra gəmilər Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə dövr edilir. “Palmali” şirkəti isə tankerləri 10 illiyinə kirayələyir.

İndiyədək bu sxem əsasında “Bəyim Aslanova” tankeri (Mənsimovun nənəsinin adını daşıyır), “Məcid Aslanov” tankeri (azərbaycanlı oliqarxın babasının adıdıdır) və “Şövkət Ələkbərova” tankerləri “BMZ Group” şirkətinə satılıb. Gəmilərin hər biri 18 milyon dollara başa gəlib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button