Fakt

Masallıda 16 yaşlı qızına toy etmək istəyən valideynlər saxlanıldı

Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:

“Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.

Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button