Fakt

Paşinyanın oğlu bu döyüşdə mühasirəyə düşmüşdü – Erməni mətbuatı

44 günlük Qarabağ Müharibəsi ilə bağlı yeni detallar üzə çıxarmaqda davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, faktlardan biri Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır.

Belə ki, 2020-ci il oktyabrın əvvəllərində Paşinyan arvadı Anna Akopyanın məsləhəti ilə piar-aksiya planlaşdırıb. Onların məqsədi oğullarını Qarabağa göndərərək döyüşlərin gedişatı fonunda bir neçə effektiv kadr çəkməkdən ibarət idi. Yerevandan aparılan çəkiliş qrupunun çəkəcəyi kadrlar cəmiyyətdə qələbə təəssüratı yaratmağa hesablanmışdı.

Aşot Paşinyanın Cəbrayıl istiqamətinə aparılması və təhlükəsiz məsafədən döyüşlərə guya qatılması təəssüratını keçmiş yüksək texnologiyalar naziri Akop Arşakyanın başçılıq etdiyi koordinasiya qrupu təşkil etməli idi.

Amma Azərbaycan Ordusunun Cəbrayılı azad etdikdən sonra sürətlə Zəngilan istiqamətində irəliləyişi bu piar-aksiyanın uğurla həyata keçirilməsinə mane olur.

Əksinə, Aşot Paşinyanın da olduğu bir qrup hərbçi ilə mühasirəyə düşür. Onların mühasirədən çıxarılması üçün həyata keçirilən əməliyyat zamanı 40-dan artıq erməni əsgəri və zabiti məhv edilir. Çətinliklə də olsa, ərazidən uzaqlaşdırılan Aşot Paşinyan təcili olaraq Gorusa aparılır.

Ermənistan ərazisinə gətirilən baş nazir oğlu Yerevana qayıdır. Aşot Paşinyanın piar-aksiyalarda iştirakı ilə bağlı plan puç olur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button