Fakt
\”Metropark\”dakı kütləvi zəhərlənməylə bağlı cinayət işi açıldı
Bakıda ticarət mərkəzlərindən birində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.
Savash.org Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, aprelin 12-də “Metropark” ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 12-də Bakıdakı \”Metropark\” ticarət mərkəzinin yeraltı dayanacağında dəm qazından 30-dan artıq insan zəhərlənib.
Loading...