Fakt

Türkiyədə daha bir mədən qəzası baş verdi

Türkiyədə daha bir mədən qəzası baş verdi
Türkiyənin Karaman vilayətində yerləşən Ermenek kömür mədənində daha bir qəza baş verib.
Bu gün axşam saatlarında minlərlə ton suyun dolduğu mədəndə istinad divari uçub. Hadisə zamanı oktyabrın sonunda baş verən qəza nəticəsində orada qalan işçilərin axtarışları davam edirdi. Qəza axtarış işlərinin bir müddət dayandırılmasına səbəb olub. İndiyədək 10 mədənçinin taleyi barədə heç bir məlumat əldə ediliməyib. Onların yerin 300 metr dərinliyində qaldığı ehtimal olunur.
Son bir neçə həftə ərzində aparılan axtarış işləri nəticəsində 8 işçinin meyitini çıxarmaq mümkün olub (ANS).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button