Fakt

Atanı və iki oğlunu öldürdü, 5-ni yaraladı, 9 il iş aldı

Atanı və iki oğlunu öldürdü, 5-ni yaraladı, 9 il iş aldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnmiş yol qəzasında təqsirli bilinən Qurban Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə görə, Qurban Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalındaca həbs edilib.

Məlumat üçün bildirək ki, Qurban Əliyev 2014-cü il, martın 19-da Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində baş verən ağır qəzanın törədilməsində ittiham olunub. Qəza zamanı “Mercedes” markalı iki minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri – 1958-ci il təvəllüdlü Cümşüd Orucəliyev, onun iki oğlu – 1987-ci il təvəllüdlü Rafiq Orucəliyev, 1984-cü il təvəllüdlü Rasim Orucəliyev aldığı ağır xəsarətlər səbəbindən dünyalarını dəyişiblər.

Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyeva, eləcə də Qəbələ rayon sakinləri – 1952-ci il təvəllüdlü Qurban Əliyev, 1941-ci il təvəllüdlü Əziz Əhmədov, 1985-ci il təvəllüdlü Leyla İmanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button