Polisi öldürüb meyitini yandırdı – İMİŞLİDƏ DƏHŞƏT
İmişli rayonu polis idarəsinin əməkdaşlarından birinin Bakıda meyiti tapılıb.
Savash.org avropa.info-ya istinadla xəbər verir ki, İmişli rayon polis idarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Bakıya gəlib.
O avtomobil almaq üçün Rabil adlı digər polis yoldaşı ilə birlikdə gəlib.Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.
Daha sonra M. Kazımov gəldiyi Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyidinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M. Kazımova aid olduğunu müəyyən edib.
Əldə olunan məlumata görə M.Kazımov xüsusi amansızlıqla qətlə yetirildikdən sonra onun meyiti yandırılıb. Onunla Bakıya gələn Rabil adlı şəxs isə hal-hazırda şübhəli şəxs qismində saxlanılıb.