Fakt

Norveç təyyarəsini təcili Bakıya \”endirən\” danimarkalı öldü

Norveç təyyarəsini təcili Bakıya "endirən" danimarkalı öldüXəbər verdiyimiz kimi, ötən gün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

Təyyarənin məcburi eniş etməsinə səbəb bir sərnişinin halının pisləşməsi olub.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin publika.az-a verdiyi məlumata görə, Danimarka vətəndaşı – 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib: “O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

A.Qədirli bildirib ki, o, xəstəxanaya aparılanda qızı da yanında olub. Hazırda xəstəxananın morqunda saxlanılan meyitin ölkəsinə qaytarılması istiqamətində iş aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button