Fakt
Bakıda güclü yanğın: 6 maşın külə döndü
Bakının Tiflis prospektində yerləşən \”Qafqaz\” hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub
Hadisə şahidlərinin salamnews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.
Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.
Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.
Loading...