Fakt

“Range Rover”i Elşad Kəlbəliyevin sürdüyü təsdiqləndi, həbs edildi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.

Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.

Elşad Kəlbəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button