Fakt

İsa Qəmbərin qardaşı İlham Əliyevə təşəkkür etdi

İsa Qəmbərin qardaşı İlham Əliyevə təşəkkür etdiMüsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı \”Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatına dəstək verdiyini bildirib.
O, azad fikirli insanların hamısını hərəkata dəvət etdiyini söyləyib: \”İsa Qəmbərin, Arif Hacılı və onun tərəfdarlarının da bu hərəkatda iştirak etmələrini istəyirəm. Arif Hacılı çıxışında dedi ki, Müsavatdakı iç savaşı dayandırmalıyıq. Qubad İbadoğlu Arif Hacılı ilə keçirdiyi görüşdən sonra tərəfdarları ilə birlikdə bu hərəkatın yaranmasına qərar verib. Çox doğru addım atıb. İsa bəy son zamanlar mənə Müsavat Partiyasının inkişafına aid təkliflərimi dinləməyə beş-on dəqiqəlik vaxt tapmır. 2 il əvvəl evindəki ziyafətdə dedim ki, ay qardaş, ya mənə ayırmağa vaxtın, ya da həvəsin yoxdur. Söylədi ki, əstəğfurullah, Rövşən, sən mənim böyük qardaşımsan. İki il əvvəlki dediyi sözə görə bu günə qədər dayandım. Təklif etdim ki, Müsavatın qurultayında mənə 10 dəqiqəlik vaxt versinlər, vermirlərsə, onda Müsavatın başqanlığına namizəd olacağam. Əslində başqan olmaq istəmirdim, əsas hədəfim o idi ki, Müsavatın daha da inkişaf etməsi üçün töhfə verim”.
Mitinq keçirilməsinə tərəfdar olmadığı deyən R.Qəmbər vurğulayıb ki, qışda insanların mitinqə çağırılmasını dəstəkləmir: \”Qurultaydan sonra daha demokratik Müsavat Partiyasının çıxmasını arzu edirdim. Arif Hacılı demişdi ki, qurultaydan sonra içimdən daha demokratik Arif Hacılı çıxacaq. Mən də deyirəm ki, qurultaydan sonra Müsavat Partiyasının içindən daha demokratik Müsavat Partiyası çıxmalı idi. Mitinq tərəfdarı deyiləm. Dəfələrlə İsa bəyə də, Arif bəyə də, demişəm ki, müşaviriniz ola bilərəm, heç bir mükafat da gözləmirəm. Amma heç biri təklifimi qəbul etmədi”.
O sonda Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. R.Qəmbər qeyd edib ki, dövlət başçısının Strasburqdakı çıxışında Azərbaycanda 1918-ci ildə qadınlara hüquq verildiyi halda Avropada hələ qadınlara hüquq verilmədiyi barədə fəxrlə səsləndirdiyi fikirlərini alqışlayır: \”Azərbaycan Prezidenti bəyan etdi ki, Azərbaycanın səması üzərindən heç bir ölkənin təyyarəsi uça bilməz. Bu fikirlərə görə ona təşəkkür edirəm. İndiyədək nə qədər müxalifətçilik etmişəm, hamısını bir kənara qoyuram. Özüm də qarabağlıyam. Qarabağı çox sevirəm. Atam-anam Füzulidə anadan olublar. Dədə-babalarım orada dəfn olunublar. Qarabağın işğaldan azad olunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”/teleqraf.com/.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button