Fakt

“Hindistan” variantının digər ştammlardan daha təhlükəli tərəfi nədir?

Koronavirusun ilk dəfə Hindistanda kəşf olunan “Delta” variantı digər ştammlardan ağciyər zədələnməsinin sürətli konsolidasiyası ilə fərqlənir. Bu barədə bioloji elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova Lenta.ru saytına verdiyi müsahibədə bildirib:

“Həkimlərin dediklərinə görə “Delta” variantı ağciyər zədələnməsinin sürətli konsolidasiyasına səbəb olur. Yəni indi ciyərlərin funksionallığı 2020-ci ilin əvvəlinə nisbətən daha sürətli azalır”.

Həkim qeyd edib ki, xəstəxanaya müraciət edən belə xəstələr iki günə reanimasiyaya yerləşdirilirlər. Baranovanın fikrincə, yaxın gələcəkdə alimlərin molekulyar və hüceyrə biologiyası sahəsində sürətli araşdırmalar aparmasının mümkünsüzlüyü səbəbindən, “Delta” ştammının ağciyəri zədələnməsini əsaslandıra bilməyəcəklər. Bununla yanaşı, bioloq vurğulayıb ki, bunun səbəbi az bilinən koronavirus zülallarının mutasiyasıdır: “Bəlkə də altı aydan sonra nələrin baş verdiyini dəqiqləşdirəcəyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button