Fakt

Erməni saytları çökdürüldü

Erməni saytları çökdürüldü
Türkiyəli haker qrupu Ermənistanın rəsmi saytlarından bir neçəsinə haker hücumu təşkil ediblər.

ANS PRESS-in məlumatına görə, özlərini haker dünyasının virtual türk əsgərləri olaraq təqdim edən “Turkhackteam” adlı qrup 1915-ci il hadisələrinin 100-cü ilində Ermənistanın baş qərargah idarəsi saytı daxil olmaqla, bəzi rəsmi internet saytlarına girişi dayandırıblar.

“Turkhackteam” adlı haker qrup altı rəsmi saytı çökdürdükləri barədə açıqlama yayıblar: “Uydurma erməni soyqırımı iddiaları davam etdiyi müddətdə kiber hücumlarımıza ara verməyəcəyik. Soyqırımı qəbul etdiyini bəyan edən Almaniya, Avstriya və digər dövlətlərin rəsi saytlarına kiber hücumlarımızı artıracağıq.”

Qeyd edək ki, Ermənistanın baş qərargah idarəsi , Elektron Hökumət Portalı, Enerji nazirliyi, Mərkəzi bank, Ermənistan Telekom və Ermənistan Bankın saytları çökdürülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button