Fakt

HƏR GÜN 10 MİNLƏRLƏ YENİ YOLUXMA VAR… – Rusiyada yoluxma ən yüksək səviyyədədir

Dalbadal beşinci gündür ki , pandemiyanın başlamasından bəri Rusiyada koronavirusdan ən yüksək ölüm halı qeydə alınmaqdadır. Belə ki, rəsmi rəqəmlərə görə hər gün azı 697 nəfər koronavirus səbəbindən vəfat edir . Virusun yayılmasına qarşı mübarizə aparan əməliyyat qərargahının statistikasına görə yeni aşkarlanan yoluxma hallarının sayı da yanvar ayından bəri ən yüksək səviyyədə qalmaqdadır.

Rəsmi məlumata görə, ötən gün ərzində 24.439 infeksiyaya yoluxma halı aşkarlanıb. 17.899 nəfər sağalıb, 395 min 120 xəstə həkim nəzarəti altındadır. İyun ayının əvvəlindən bu rəqəmlər dayanmadan artır. Pandemiyanın başlanğıcından bəri Rusiyada 5 milyon 585 min 799 yoluxmanın olduğu və 137 min 262 nəfər adamın öldüyü rəsmi qurumlar tərəfindən etiraf edilib. Ancaq demoqraflar və səhiyyə mütəxəssisləri bu təxminləri tənqid edirlər. Yüksək rütbəli məmurlar ölüm halının bundan çox ola biləcəyini bildirirlər. Rusiya Statistika Komitəsinin məlumatlarına istinad edən demoqraflar koronavirusdan ölüm halının hələ 2021-ci ilin may ayında üç qat daha yüksək olduğunu təxmin ediblər.

Yarım il əvvəl Rusiya hakimiyyəti pandemiya üzərində qələbə qazanıldığını elan etmişdi. Rusiya həm də dünyada koronavirusa qarşı ən birinci vaksini (“Sputnik V”) əldə etdiyini bildirirdi.

Lakin indi belə görünür ki, virusa qarşı mübarizə gözlənilən nəticəni vermir və hətta vəziyyət nəzarət altından çıxır. “Komsomolskaya Pravda” yazır ki, ölkədə virusun sürətlə yayılması fonunda bir neçə gün əvvəl Sankt-Peterburqda on minlərlə adamın iştirakı ilə “Al yelkən” məzun bayramı keçirilib. Tibbi maska və sosial məsafə qaydalarına əməl edilmədiyi aşkar görünən kütləvi şənliklərdə 40 mindən çox məzun iştirak edib. Hansı ki, koronavirusa yoluxma və virusdan ölüm hallarının ən yüksək olduğu şəhərlərdən biri məhz Sankt-Peterburqdur.

Qəzet diqqəti bu məqama cəlb edir ki, bu günlərdə Moskvada, azərbaycanlı biznesmen Araz Ağalarovun “Crocus City Hall” konsert mərkəzində nəzərdə tutulan şou təxirə salınıb. Çünki Moskva meriyası şəhərdə 500-dən çox adamın qatıldığı kütləvi tədbirlərə məhdudiyyət qoyub. Amma nədənsə cəmi bir neçə gün sonra elə həmin konsert mərkəzində “Jara” musiqi festivalının açılışı olub və orada da insanlar kütləvi toplaşıb. Və sosial məsafə, tibbi maska qaydalarına əməl olunmayıb. “Hər şey sadədir: “Jara”nın kuratoru maqnat Emin Ağalarovdur, “Crocus” şirkətinin təsisçisi isə onun nüfuzlu atası Araz Ağalarovdur. Belə çıxır ki, onlara olar, başqalarına yox?”,-qəzet sual edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button