Fakt

“Mikroavtobus və taksi sürücülərinin bir çoxu “patı” istifadə edir” – Aslan İsmayılov

“Yollarda mikroavtobus və taksi sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin bir neçə səbəbi var. Bunların arasında kimlərə gəldi, sürücülük vəsiqələrinin verilməsi, acgöz işbazların pul qazanmaq naminə bəzən heç sürücülük vəsiqələri olmayanlara da nəqliyyat vasitələrini icarəyə vermələridir”.

Savash.org bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov  Bakı – Qazax yolundakı qəzadan danışarkən deyib. Onun sözlərinə görə, səbəblər sırasında son vaxtlar tüğyan edən narkotik vasitələrin geniş yayılması amili də var:

“Məndə olan məlumata görə, mikroavtobus və taksi sürücülərinin bir çoxu məhz “şüşə”, “patı” kimi tanınan narkotik vasitələrin istifadəçisi və satıcılarıdır. Bu sahədə Lənkəran və digər cənub bölgəsindən Bakıya istiqamətlənən marşrutlarda işləyən sürücülərin adları daha çox hallanır. Ona görə də məhz bu katqeqoriya insanlar xüsusi yoxlamalara məruz qalmalıdırlar. İstənilən analizlə həmin şəxslərin narkotik vasitə istifadəçisi olduqlarını yoxlamaq çox asandır”.

Xatırladaq ki, bu gün Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Howo” markalı yük maşını toqquşub. Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button