Fakt

“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov, klinikanın əməkdaşları – Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin məhkəməsi başlayıb.

“SAVAŞ” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Bu günədək təqsirləndirilən şəxslərdən yalnız Pərviz Abbasov həbsdə idi. Bu gün hakim digər təqsirləndirilənlər – Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Vüsalə Əliyeva barəsindəki polis nəzarətində olma qətimkan tədbiri isə qüvvədə saxlanılıb.

Növbəti məhkəmə prosesi avqustun 10-da keçiriləcək.

Rəsmi açıqlamaya görə, Pərviz Abbasov həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alıb.

Sözügedən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button