Fakt

\”Facebook\” azərbaycanlılardan niyə imtina edir?

"Facebook" azərbaycanlılardan niyə imtina edir?Azərbaycanda aktiv “Facebook” istifadəçilərinin sayı azalıb. “Global State” statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-aprel ayları ərzində ölkəmizdə aktiv \”Facebook\” istifadəçilərinin sayı 8,6 faiz azalıb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz AzVision.az-a bildirib ki, “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayının azlaması yalnız saxta profillərin, aktiv olmayan istifadəçilərin səhifədən təmizlənməsi ilə əlaqədar ola bilər: Lakin bu, “Facebook” istifadəçilərinin sayının azalması anlamına gəlmir. Sosial şəbəkələrdə saxta profillər var idi. Bir adamın 40 profili var idi. Belə olan halda sosial şəbəkə istifadəçilərinin sayı süni sürətdə artırdı. Bir müddət əvvəl “Facebook” özünün səhifəsində qeyd etmişdi ki, aktiv olmayan istifadəçilərin, səhifələrin profilləri silinəcək. Yəni 150 min izləyicisi olan bir səhifə var. Halbuki, bu səhifənin heç də 150 min izləyicisi də yoxdur. Realda isə “Facebook” istifadəçilərinin sayının azalması müşahidə olunmur”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev “Facebook” istifadəçilərinin sayının azalmasını normal hesab edir.

AzVision.az-a danışan nazirlik rəmisi qeyd edib ki, “Facebook” un milyon yarıma yaxın üzvü var.

“İstifadəçilərin sayı davamlı olaraq artır. Sadəcə saxta profillər var ki, bunu sosial şəbəkə özü tənzimləyərək sıradan çıxarır”.

Gültəkin ƏLƏSGƏR

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button