Fakt

Bakıda bu adam polis və həkimləri ayağa qaldırdı (VİDEO)

Bakıda bu adam polis və həkimləri ayağa qaldırdı (VİDEO)Spirtli içki qəbul edən bir nəfər huşsuz vəziyyətdə yerdə aşkarlanıb. Eyni zamanda onun köməyinə gələn Təcili Tibbi Yardım Briqadası ilə mübahisəli anlar yaşanıb. Hətta həkimlərə hücum edilməsi faktı da var.

ANS TV-nin məlumatına görə, kadrlarda təcili tibbi yardım əməkdaşlarının sakinlərlə mübahisəsi əks olunub. Səbəb isə həkimlərin naməlum şəxsin yerdə huşsuz vəziyyətdə qalmasına biganəlik göstərməsidir. Hər halda mübahisədə yaranan dialoqlardan belə aydın olur. Hadisə metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. Həvəskar kadrlar əlimizə keçən kimi hadisəni araşdırmağa başladıq.

Ətrafakıların dediyinə görə, huşsuz insanın vəziyyəti barədə saat 10 radələrində 103 xidmətinə xəbər verilib. Ancaq əməkdaşlar əraziyə gec gəlib. Daha sonra isə onu aparmaqdan boyun qaçırıblar. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Məlum oldu ki, tibbi personal 6 saylı köməkçi yardım stansiyasından göndərilib. Yollandıq həmin şöbəyə. Çağırışa gedən həkim İffət İsmayılova baş verənləri bizə danışdı. O bildirdi ki, naməlum şəxs tək olmayıb. Əraziyə çatanda huşsuz şəxsi yoxlamaq istədikdə digəri tibbi personala hücum edib.

Əraziyə polis əməkdaşları gəldikdə isə tibb işçilərinə təzyiq edən şəxs aradan çıxıb. Yerdə uzanan isə təcili yardım maşınında özünə gəlib. Müayinə zamanı onun yüksək dərəcəli alkaqollu içki qəbul etməsi aydın olub. Buna baxmayaraq əməkdaşlar onu 1 saylı şəhər klinik xəstxanasının toksikologiya şöbəsinə aparıblar. Orqanizmində heç bir zəhərlənmə qeydə alınmadığı üçün öz istəyilə evə buraxılıb. Təcili tibbi yardımın hadisə yerinə gec gəlməsi iddiasına isə 6 saylı köməkçi yardım stansiyasının müdiri aydınlıq gətirdi.

6-cı bölmənin müdiri Vəsilə Abışova qeyd edib ki, çağırışdan 4 dəqiqə sonra həkimlər hadisə yerində olublar.

Vəsilə xanım ona da bildirdi ki, sərxoş şəxslər o halda xəstəxanaya aparılır ki, onda hər hansı zəhərlənmə və ya qıcolmalar müşahidə olunsun. Əks halda vəziyyət barədə polis orqanlarına xəbər verilir və həmin şəxs məntəqəyə aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button