Fakt

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı – Foto

Azərbaycanda son gündə COVID-19 əleyhinə 54 890 vaksin vurulub.

Savash.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 339 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button