Fakt

Muradovun yerinə gətirilən yeni komandir kimdir?

Xəbər verdiyimiz kimi, general-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə təyin olunub.

“SAVAŞ”ın məlumatına görə, M. Kosobokov bu vəzifədə general-leytenant ​Rüstəm Muradovu əvəzləyib.

Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava Komandanlığı Məktəbini, daha sonra isə Frunze Akademiyasını bitirib.

O, əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb.

Bununla yanaşı, Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Kosobokov 2016-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi alıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button