Fakt

ABŞ-ın Azərbaycandakı yeni səfiri bəlli oldu – Sekuta

ABŞ-ın Azərbaycandakı yeni səfiri bəlli oldu - SekutaVaşinqtonda, Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Sekuta komitə səsverməsində təsdiq olunub.

Bu barədə \”Amerikanın səsi\” radiosu xəbər verir. Səfirin Bakiya nə vaxt gələcəyi hələ ki, açıqlanmır.

R.Sekuta ABŞ dövlət katibinin Enerji Resursları üzrə Bürosunda çalışır. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Sekuta diplomat kimi Tokioda və Berlində xidmət edib. R.Sekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button