Fakt

Vəzifəsindən bu gün azad edilən sabiq başçı PA-da vəzifəyə gətirildi

Gədəbəyin icra hakimiyyətinin başçısı vəzifəsindən bu gün azad edilən İbrahim Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib. virtualaz.org-a məlum olub ki, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub. Həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Mənbə onu da bildirir ki, İbrahim Mustafayevin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olarkən vətəndaşlarla iş üzrə tətbiq etdiyi yenilik-Operativ Xidmət Mərkəzinin yaradılması təcrübəsi digər rayonların İcra Hakimiyyətlərində də həyata keçiriləcək. Ona həmin təcrübənin yayılmasını kurasiya etmək tapşırılıb.

Gədəbəy rayon İcra Hakimiyyətinin inzibati binasında yaradılan Operativ Xidmət Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə operativ, şəffaflıq şəraitində baxılmasını təmin edib.

İbrahim Ənvər oğlu Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button