Fakt

Dövlət yanan binada yaşayan hər bir ailəyə pul ayırdı

Dövlət yanan binada yaşayan hər bir ailəyə pul ayırdıAzərbaycan Nazirlər Kabineti Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı sərəncam imzalayıb.

Yanğından sonra yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Baş nazirinin müavini Abid Şərifovun imzaladığı sərəncama əsasən, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat veriləcək.

Bundan başqa, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım köçürüləcək.

Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb.

Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.

Maliyə Nazirliyinə həmin vəsaitin (5 milyon manat) müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button